23 oktyabr 2011 - 20:30

Güllə atmaq üçün barıt istifadə edilmədiyi üçün bu silahlar səs çıxarmır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İranlı mütəxəssislər güllənin barıt yerinə elektromaqnetik dalğalarla atan bir tapança istehsal edib.

"Fars" xəbər agentliyinin verdiyi məlumata görə, 8 mm-lik güllə atan tapançada güllə darağının yerinə elekromaqnetik dalğa istifadə edilir və tapança bir dəqiqədə otuz güllə atır.

Tapançada barıt yerinə elektromaqnetik dalğa istifadə edildiyi üçün silahın yenidən enerji toplaması üçün iki saniyə lazımdır. Yəni güllələr iki saniyədə bir və saniyədə 330 metr sürətlə ata bilir. Güllə atmaq üçün barıt istifadə edilmədiyi üçün bu silahlar səs çıxarmır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır