16 oktyabr 2011 - 20:30

İsraildə sionist sağçılar əsirlikdə olanların dəyişdirilməsinə qarşı etiraz keçiriblər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Beş ildən artıq Həmas tərəfindən girov götürülən İsrailli əsgər Gilad Şalitin sərbəst buraxılması nəticəsində 1027 fələstinli məhkum azadlığa qovuşacaq.  Bunun sabah reallaşması gözlənilir. Sazişə qarşı çıxan və hökuməti günahlandıran İsrailli sağçılar isə buna etiraz olaraq yeni bəhanə tapdıqları bildirilir. Bəhanələri Şalitin atası Noam Şalitdir. Onların fikrincə Noam Şalit Həmas kimi danışır.

Türkiyə mediasının verdiyi xəbərə görə, Noam Şalitin dünən verdiyi müsahibədə "İnşallah" ifadəsini istifadə etməsi sağçıların etiraz etməsinə səbəb olub.

Ata Şalit, jurnalistlərlə danışarkən "Hələ ondan bir xəbər alabilməmişik. Qayğıyla və səbirsizliklə gözləyirik"- deməsi və bir jurnalistin   "Müdafiə Nazirliyi səlahiyyətlisi Amos Gilad, oğlunuzun sağlam olduğunu söylədi" sualının cavabında isə"İnşallah elədir" cavabını söyləməsi sağçıların etirazı ilə nəticələnib. Bunun müqabilində sağçı sionistlər ata Şaliti "Həmas kimi danışır onun Həmasdan nə fərqi var ki"-kimi sözləri ilə təhdid ediblər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır