12 oktyabr 2011 - 20:30

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 13-də Ermənistan paytaxtı Yerevana yola düşüb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Media forum

Daxili İşlər Nazirləri Şurasının iclasında həmçinin informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərlə mübarizə sahəsində MDB dövlətlərinin əməkdaşlıq konsepsiyasının və üzv ölkələrin səlahiyyətli orqanlarının cinayət işləri üzrə maddi sübut olan narkotik vasitələri, odlu silah-sursatları ötürməsi mexanizmləri haqqında protokolun layihələri, MDB-nin 20 illik yubileyi ilə bağlı tədbirlər və digər məsələlər müzakirə olunacaq.

İki gün davam edəcək tədbirdə MDB iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin (polisin) əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə fikir mübadiləsi aparılacaq.

Səfərdən məqsəd Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 13-də Ermənistan paytaxtı Yerevana yola düşüb.