8 oktyabr 2011 - 20:30

Urmiya problemi həll oldu, amma Qarabağ problemi şişir!

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Urmiya gölünün qurumasının qarşısını almaq üçün yaradılmış xüsusi işçi qrupun qərarına əsasən, gölün ətrafında bəndlərin tikintisi dayandırılıb. Bunu İranın energetika naziri Məcid Namcu deyib.

Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verib. Ekspertlər Urmiya gölünün qurumasına səbəb kimi onun ətrafında bəndlərin tikintisini göstərirdilər. Belə ki, bəndlər gölə su axınının qarşısını alır.

Namcu deyib ki, işçi qrupun bir neçə iclası keçirilib və orada Urmiya gölünün quruması səbəbləri müzakirə olunub. "Urmiya gölünün qurumasına əsas səbəb ölkədə quraqlığın olmasıdır, lakin hökumət gölün qurumasının qarşısını almaq üçün müxtəlif layihələr üzərində işləyir", - energetika naziri bildirib.

O, Araz çayından suyun Urmiya gölünə axıdılması ilə bağlı layihənin hökumətin üzərində işlədiyi layihələrdən biri olduğunu deyib.

Urmiya problemi həll oldu, amma Qarabağ problemi şişir!


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır