5 oktyabr 2011 - 20:30

Terror aktı baş verdikdə əş-Şeyx Şakir əs-Sədi özünün şəxsi maşınında olub. Baş vermiş terror hadisəsində cənab əş-Şeyx Şakir ağır yaralanmışdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünəm 5 oktyabr 2011 il tarixində dünya müsəlmanlarının mərcəi təqlidi Ayətullah Sistani həzrətlərinin İraq respublikasının əl-Hillə vilayətində yerləşən ofis nümayəndəsi  əş-Şeyx Şakir əs-Sədi naməlum şəxslər tərəfindən ağır odlu silahlar ilə atəş tutlmuşdur.

Terror aktı baş verdikdə əş-Şeyx Şakir əs-Sədi özünün şəxsi maşınında olub. Baş vermiş terror hadisəsində cənab əş-Şeyx Şakir ağır yaralanmışdır.

Məlumata görə Ayətullah Sistani həzrətlərinin nümayəndəsi hadisə zamanı qarın və böyür nahiyəsindən 4 güllə zərbəsi almışdır. Xoşbəxtçilikdən cənab əş-Şeyx Şakirin cangüdənləri onu təcili olaraq əl-Hillə şəhərin mərkəzi xəstəxanasına çatdıra bilmişlər.

Hal Şahidlərinin verdiyi ifadəyə əsasən naməlum terrorcu qrup hadisəni törətdikdən sonra hadisə yerini ani olaraq tərk etmişlər.

Faktla bağlı iş aparılır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır