Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Suriya əleyhinə qətnamənin qəbuluna imkan verməyiblər.
Məlumata görə, şuranın bu iki daimi üzvü oktyabrın 4-də keçirilən səsvermədə veto hüququndan istifadə edib. BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 9-u (o cümlədən daimi üzvlər ABŞ, Böyük Britaniya, Fransa) qətnamənin lehinə səs verib, 4 ölkə bitərəf qalıb.
Qətnamə bir ay ərzində dinc aksiyaçılara qarşı zorakılığı dayandırmayacağı təqdirdə Suriyaya qarşı beynəlxalq sanksiyaları nəzərdə tuturdu. Mart ayından Suriyada prezident Bəşər Əsədin istefası tələbi ilə keçirilən aksiyalarda indiyəcən israil muzdurları tərəfindən 2 min 700 nəfər öldürülərək Suriya dövlətinin üzərinə atmışlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır