30 sentyabr 2011 - 20:30

Milli Məclisdə “sərinlənən” bəzi deputatlar yaddan çıxarıb ki, onları seçən seçicilərin problemlərini həll etməlidirlər. Hər deputat seçki dairəsinə daxil olan ərazidə yaşayanların problemlərinəgörə birbaşa məsuliyyət daşıyır. Xəzər çirklənir, işsizlik ölkəni başına alıb, intihar gündəlik hadisəyə çevrilib. Amma deputatlar PKK-çılarla orurub-durur, İranın problemləri ilə məşğul olurlar. Sanki onları iranlılar MM-ə seçib.

Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Qənirə Paşayeva da çıxış edib. O, Güney Azərbaycandakı Urmiya gölünün qurumaq təhlükəsi ilə üzləşməsinə etiraz edən soydaşlarımızın İran hakimiyyətinin repressiyalarıa məruz qalmasından danışıb.

Qənirə Paşayeva deyib ki, “biz Urmiya gölü ilə bağlı cənubdakı soydaşlarımıza dəstək verməliyik”. Deputat İran parlamentinə müraciət edib ki, orada yaşayan azərbaycanlıların problemlərinə biganə qalmasın. “Mən İran parlamentinə səslənirəm: Azərbaycan əleyhinə fəaliyyət göstərən “Səhər” kanalına verdiyiniz pulu Urmiya gölünün qurumasının qarşısını almağa yönəldin”.

Deputat Siyavuş Novruzov isə İranda yaşayan 30 milyon azərbaycanlını bu məslədə aktivliyə çağırıb. “Amma onların özlərində də bir hətəkət olmalıdır”-deyə deputat vurğulayıb.

Deputat Fəzail Ağamalı, Fərəc Quliyev və İqbal Ağazadə də eyni problemlə bağlı danışıblar.

İqbal Ağazadə İranda hüquqları pozulan 35 milyon Azərbaycan məsələsinə rəsmi Bakının səssiz qalmasının yaxşı hal olmadığını və kəskin etiraz bildirməsini vacibliyini qeyd edib.

Deputatlar, deputatlar! Günah sizdə deyil, sizi…

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır