Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikası prezidenti vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası xalqların hüquqlarını müdafiə etmək qabiliyyətinə malik deyil.
O, Nyu-Yorkda BMT-nin beynəlxalq məsələlər haqdakı hərəkətlərinin qiymətləndirilməsi haqda deyib: BMT Təhlükəsizlik Şurası öz vəzifəsini düzgün həyata keçirməyib, bu da bu şuranın infrastruktur problemləri və acizliyindən mənşə alır.
İran İslam Respublikası prezidenti sonra deyib: Hazırda Təhlükəsizlik Şurası haqq və ədalətin ixtiyarında yox, bir neçə ölkə, o cümlədən Amerikanın ixtiyarındadır.
Əhmədinejad sonra qeyd edib ki, azadlıq, ədalət ,seçim və hörmət bütün xalqların haqqıdır, amma bu haqlar əcnəbilərin müdaxiləsi ilə gerçəkləşə bilməz.
İran İslam Respublikası prezidenti həmçinin region xalqlarının diktatorlar qarşısındakı qiyamları barədə deyib: Bəziləri çalışırlar ki, xalq qiyamlarının nəticələrini öz xeyirlərinə müsadirə etsinlər, ancaq bunun da nəticəsi olmayacaq.
Cənab Əhmədinejad sonra deyib: Xalqlar, Qərbin istilası, qarəti və illər boyu təhqirindən narahatdır və gec-tez bütün xalqlar azad olacaqlar.
İran hökumət başçısı daha atom silahı və media qüdrətinin xalqların iradəsində və ya dünya idarəçiliyinin təşkilatlandırılmasında heç bir təsirinin olmadığını bildirərək, deyib: Hazırda düşüncə və mədəniyyət dövrü başqa sözlə desək İnsani iradə dövrü başlanıb və daha güclü məntiq və insani düşüncə hakim olacaqdır.
İran İslam Respublikası prezidenti həmçinin Nyu-Yorkda beynəlxalq medialarla müsahibəsi zamanı deyib: Əgər Amerika, İngiltərə və NATO Fars Körfəzi və Oman dənizini tərk etsələr, İran və region ölkələri enerji və regionun təhlükəsizliyini təmin edə bilərlər.
İRNA-nın verdiyi məlumata görə, BMT Baş Assambleyasının 66-cı Sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorkda səfərdə olan Mahmud Əmədinejad beynəlxalq medialarla müsahibədə deyib: Bəziləri enerji və regionun təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Fars Körfəzi və Oman dənizində yerləşiblər, amma bir elan edirik ki, əgər NATO və Amerika regiondan çıxsalar, region ölkələrinin təhlükəsizliyi təmin ediləcəkdir.
Mahmud Əhmədinejad öz sözlərinin davamında Fələstin xalqının hakimiyyət haqqını himayə edərək, uranın zənginləşdirilməsini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə üzv bütün ölkələrin haqqı olduğunu bildirib.
"İranın nüvə fəaliyyətləri AEBA-nın birbaşa nəzarəti altındadır" –deyə İran hökumət başçısı qeyd edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır