22 sentyabr 2011 - 20:30

Prokurorun məhkəməyə gəlməkdən imtina edən “şahidləri”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Qeyd edək ki, əvvəl gündən dövlət ittihamçısı məhkəmədə yersiz olaraq hərəkətlər edir. Lazımsız və gülməli suallar verir. Həmçinin təqsirləndirilən şəxslərin hissiyyatına toxunan sözlər deyir. Dəfələrlə Rufulla Axundzadə başda olmaqla digər ittiham olunan şəxsləri özündən çıxardan prokuror bu dəfə də maraqlı hərəkətlər etdi. Mərdan Səmədov danışan zaman dükanın sahibi olduğunu desə də dövlət ittihamçısı dükanın Dəyanət Səmədova məxsus olduğunu bildirdi. Görəsən bunu haradan bilir. Vəkil Həbib Əliyev də prokurorun bu sözünü araşdırmaq üçün Mərdan Səmədova dövlət ittihamçısını dükanda görüb-görmədiyini soruşdu. Məhkəmə fasiləyə ayrılan zaman prokuror Fəramiz Abbasovun qohumlarının şahidlərə təzyiq etdiyini dedi və Abbasovla mübahisəyə girdi. Seyyid Fəramiz isə ona bir cümlə dedi. “Prokuror bu vaxta qədər sənə heç bir söz deməmişəm. Amma indi deyirəm. Get qoy allah özü səninlə bilsin.”

“Get qoy Allah özü səninlə bilsin”

Şahidlərin ifadələrindən sonra hakim məhkəməyə teleqramlar daxil olduğunu bildirdi. Belə ki, Astara və masallıdan olan şahidlər nədənsə hamısı “xəstə olduğundan” məhkəməyə gələ bilmədiklərini və istintaqa verdikləri ifadələri təsdiqlədiklərini bildiriblər. Buna etiraz edən vəkillər və ittiham olunan şəxslər həmin şahidlərin məhkəməyə gətirilməsini tələb etdilər. Məhkəmə fasilədən sonra bunu elan edəcəyini bildirdərək fasiləyə yollandı.

Prokurorun məhkəməyə gəlməkdən imtina edən “şahidləri”

Məhkəməyə şahid qismində ifadə verən AİP-in rayon təşkilatlarının rəhbərləri Vaqif Hüseynov, Tahir Məmmədov və Rahil Rzayev ifadə verərkən ittiham olunan şəxslərin heç bir zaman dövlət əleyhinə, terror və digər təqsirləndirdikləri əməlləri etmədikləri və bu barədə heç yerdə danışmadıqlarını dedilər. Maraqlı məqamlardan biri də o oldu ki. hər üç şahidin ifadələrində ziddiyyət oldu. Belə ki, şahidlər ifadəni özləri yazmadığını və imzalayarkən oxumadıqlarını bildirdilər.

Yenə də şahidlərin ifadələri düz gəlmədi

Dəyanət Səmədovun ifadəsində dükandan tapılan silahların onun tərəfindən tapıldığını və polisə təhvil verəcəyi yer alıb. Lakin Dəyanət Səmədov bu ifadəni təzyiq altında verdiyi dedi.

Dəyanət Səmədov: Mənə təzyiq edib ifadə alıblar.

Həbib Əliyev: Mən başa düşmürəm cənab hakim belə çıxır ki. gələn dəfə sizin yerinizə dövlət ittihamçısından icazə alaq.

Bu yerdə vəkil Həbib Əliyev hakimə ifadədə ziddiyyətlərin olduğunu bildirdi. Lakin keçən dəfə olduğu kimi bu dəfə də dövlət ittihamçısı hakimin yerinə vəkilə cavab verdi.

Şahid: 10 faizi də mənim sözlərim deyil. Axı mən ona dedim ki, düz yaz. Evdə balaların var.

Hakim: Bu ifadədə yazılanları siz demisiz?

Mərdan Səmədovun məhkəməyə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə ziddiyyət təşkil etdiyindən hakim onun ifadəsini oxudu.

Hakim: Yaradılır.

Məzahir Şahmarov: Möhtərəm hakim keçən dəfə burda yalandan özünü dindar kimi göstərən şahidlərə “namaz qılırsız?” sualını verməyə qoymadınız. Bəs niyə işin mahiyyətinə aid olmayan suallara imkan verirsiz? Xahiş edirəm bizə şərait yaradın.

Bu yerdə dövlət ittihamçısı şahidə suallar verməyə başladı. Qeyd edək ki, yersiz və lazımsız suallar olduğundan bəzilərin hakim protokoldan çıxardı. Dövlət ittihamçısı şahidə “dükandakı malları hardan alırsız?”, “Nə satırsız?” kimi mənasız suallar verməyə başladı. Hakim isə bu sualları çıxarmadı. Vəkil Məzahir Şahmarov vəsatət qaldırdı.

Bu yerdə hakim üzr istəyərək Mərdan Səmədovdan işin mahiyyəti barədə danışmağı xahiş etdi. Mərdan Səmədov onun səhər saat 11-də öz dükanına gəldiyi zaman orada polis və digər kənar şəxslərin axtarış apardığını bildirdi. “ Mən arxa otağa girəndə gördün bir nəfər orda nəsə axtarır. Soruşdum ki, nə axtarırsan. Əlini salıb seyfin arxasından bir bağlama çıxardı və dedi ki, bunu axtarırdım. Sonra bildim ki, bu silahdır. Dəyanəti və məni apardılar polis idarəsinə, ordan da Bakıya gətirdilər. Mənə dedilər ki, izahat yaz. Dedim ki, eynəyim yoxdur yaza bilmirəm. Onda müstəntiq dedi ki, mən özüm yazaram. Mən də dedim ki, yaz amma Allahı və balalarını gözünün qabağına gətir sonra yaz. Bilmədim nə yazdı. Yaşlı adamam. Sonra da mən qol çəkdim.”

“Mən Dəyanət haqqında danışacağam. Oğlum özü-özünü müdafiə edə bilər. Dəyanət isə yetim oğlandır. O səhər işə gəlib evinə gedən adamdır. Sizə and verirəm göydə Allaha yerdə özünüzə. Mən 78 ildir haqq görmüşəm.”

Sizə and verirəm göydə Allaha yerdə özünüzə. Mən 78 ildir haqq görmüşəm.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Bakı Ağır Cinayətlərlə İş Üzrə məhkəmədə İslamçıların Lideri AİP sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, və digər ruhanilər Fəramiz Abbasov, Rufulla Axundzadə və Quba rayon sakinləri Firdovsi Məmmədrzayev və Dəyanət Səmədovun cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirildi. Məhkəmə şahid ifadələrinin dinlənilməsi ilə başlanıldı. İlk olaraq məhkəməyə şahid qismində Hacı Mövsüm Səmədovun atası Mərdan Səmədov ifadə verdi.