Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası rəhbəri Əlaaddin Burucerdi bildirib ki, "Müsəlman ölkələri NATO-nun mənfəətlərinə xidmət etməməlidir."
"Mehr" xəbər agentliyinə açıqlama verən Burucerdi, "Müsəlman ölkələri, əməkdaşlıq və imkanlarını birləşdirmə yoluya bir-birlərinə olan etibarı artırmalıdırlar. Təhlükəsizliklərini təmin etməli və bölgədə təhlükəsizliyi azaldacaq hərəkətlərə yol verməməlidirlər. Bölgədə NATO-nun mənfəətlərinə xidmət edən addımlar atmamalıdırlar. NATO bölgədə təhlükəsizliyəxidmət etmədiyi kimi, böyük bir sabitliksizlik qaynağıdır. Əfqanıstan və İraqdakı müdaxilələri də, NATO-nun bölgədə yalnız öz mənfəətlərinin arxasında olduğunu göstərdi."
Qeyd edək ki, Türkiyə NATO-nun raketdən müdafiə sisteminin Türkiyə yerləşdirlməsinə razılıq verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır