29 avqust 2011 - 19:30

Bəhreyn xalqı aksiyalarına ara vermir. Onlar Ali Xəlifə rejimin hakimiyyətdən getməsini tələb edir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Əl Aləm Telekanalının məlumatına əsasən, ötən axşam ölkə kralı Şeyx Həməd Bin İsa Ali Xəlifənin çıxışından bir saat sonra Biycəmrə, Əlnəvidrat, Valsinabis və ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirilib.

İştirakçılar Bəhreyn kralının çıxışını qəbul etmir, Həmədin süqutu şüarlarını veriblər. Etiraz aksiyası keçirilən məkandan ötüb-keçən avtomobillər belə etirazçılarla həmrəy olduqlarını siqnal verməklə bildiriblər.

Şeyx Həməd çıxışında bu bir neçə ay ərzində Bəhreyn təhlükəsizlik qüvvələri və Səudiyyə muzdurları vasitəsilə baş vermiş cinayətlərə toxunmadan deyib: Baş vermiş hadisələr çox narahatedicidir. Amma bu hadisələr heç nəyə mane olmayacaq.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır