26 avqust 2011 - 19:30

Türkiyənin paytaxtı Ankara şəhərində Beynəlxalq Qüds Günü münasibətilə nümayiş keçirilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Nümayişçilər İsrail rejimi əleyhinə şüarlar səsləndiriblər. Bir neçə insan haqları təşkilatlarının təşkil etdiyi aksiyada İsrail rejiminin son Qəzza hücumları da kəskin şəkildə tənqid olunub. İftar öncəsi İsrail rejiminin bu ölkədəki səfirliyinin binasına yaxın ərazidə yerləşən parkda təşkil olunmuş aksiyada "Hər müsəlman bir qab su töksə, İsrail rejimini sel aparar" şüarı yazılmış plakat qaldırılıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır