Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Etiraz aksiyası təşkilatçıları deyib: Sentyabr ayında çox geniş etiraz aksiyası keçiriləcək və bu aksiyada etirazçıların sayının milyon nəfərə çatacağı gözlənilir.
Sentyabr ayında İsraildə keçiriləcək milyonluq etiraz aksiyası proqnozu ilə bərabər, eyni zamanda fələstinlilərin də milyonluq aksiyası baş tuta bilər. Çünki, israillilər ölkədə sosial-məişət problemlərindən narazı olduğu kimi, fələstinlilər də BMT-də Fələstinin rəsmi tanınması layihəsi üçün aksiya keçirməyi qərara alıblar.
Sionist rejim ictimaiyyəti ötən iyun ayından etibarən, sosial-məişət problemləri və qiymətlərin artmasına etiraz olaraq aksiyalar keçirir. Qeyd edək ki, bu etirazlar tibb işçiləri tərəfindən də təşkil olunub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır