Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Bunu Mövsüm Səmədovun işi ilə bağlı şahid ifadələrində Nardaran qəsəbəsi Ağsaqqalar Şurasının sədri Natiq Kərimov bilidirib.
Məlumata görə, ölkədən xaricdə olduğuna görə, 2 yanvar tarixində keçirilən iclasda iştirak edə bilmədiyini və Azərbaycana yanvarın 5-də qayıtdığını bildirən şahid deyilənlər barədə mətbuatdan oxuduğunu söyləyib.
“Mən özüm də məscidlərin dağıdılması, hicaba qadağa qoyulması və bu kimi digər islamofobiya fəaliyyətini pisləyirəm” deyə o bildirib.
Natiq Kərimov həmçinin M.Səmədovun çıxışlarında cihada çağırış, yaxud hakimiyyət çevrilişi barədə çağırışların olmadığını da bildirib.
Qeyd edək ki, N.Kərimov dünən ifadə verən sonuncu şahid olub. Məhkəmənin növbəti iclası isə avqustun 24-ü saat 10:00-a təyin edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır