14 avqust 2011 - 19:30

Biz AİP –in ünvanına deyilən neqativ fikirləri və iftiraları qəbul etmir, bunu insanların əqidəsinə görə təqib olunması kimi qiymətləndiririk

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

 

Məlum olduğu kimi 12.08.2011-ci il tarixdə Respublika Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu açıqlama yayaraq bildirmişdir ki, Abgül Süleymanov, Arif Qəniyev, Ramin Bayramov cinayət məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatı saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb.

Bir sıra informasiya vasitələrində həmin şəxsləri Azərbaycan İslam Partiyasının üzvü kimi qələmə vermişdilər.

Məlumat üçün bildirir ki, Abgül Süleymanov və Ramin Bayramov Azərbaycan İslam Partiyasında siyasi fəaliyyətində iştrakı və rolu olmayıb. Arif Qəniyev isə İslam Partiyasına bu ilin mart ayının əvvəlində gəlib və Sumqayıt şəhər komitəsinin sədri vəzifəsinə təyin olunub.1 ay sonra isə qurumun təşkilati məsələlər üzrə sədr müavini vəzifəsinə gətirilib.

AİP bir daha bəyan edir ki, qurum mövcud Nizamnaməyə əsasən fəaliyyət göstərir, dövlətçiliyinin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına, ölkədə demokratik prinsiplərin inkişaf etdirilməsinə, ölkənin ərazi bütövlüyünün təmin olunmasınına çalışır, xalqının sosial həyat şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparır.

Partiyanın fəaliyyəti şəffaf və aydındır, atdığı addımlar ölkəni kütləvi informasiya vasitələri də vaxtaaşırı işıqlandırır.

Biz AİP –in ünvanına deyilən neqativ fikirləri və iftiraları qəbul etmir, bunu insanların əqidəsinə görə təqib olunması kimi qiymətləndiririk

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır