31 iyul 2011 - 19:30

1 metrdən yıxılaraq ölən, 1000 metrdən yıxılaraq ölməyən şəxsi şübhəsiz ki, Qadir Allah özü qorumuşdur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Danimarkalı paraşütçü 1 kilometr hündürlükdən yerə çırpılıb.

MIGnews.com saytın verdiyi məlumata görə, söhbət 28 yaşlı qadından gedir. O, təmsil etdiyi klubun digər üzvlərilə birlikdə təyyarədən atılıb. Lakin digərlərindən fərqli olaraq, onun nə əsas, nə də ehtiyat paraşütü açılıb. Xilasedicilər hadisə yerinə "cəsədi götürmək üçün" gəlsələr də, paraşütçünün sağ olduğunu görüblər. Həkimlər onun həyatının təhlükədə olmadığını bildirirlər.

Qeyd edək ki, 1 metrdən yıxılaraq ölən, 1000 metrdən yıxılaraq ölməyən şəxsi şübhəsiz ki, Qadir Allah özü qorumuşdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır