29 iyul 2011 - 19:30

Qanlı hadisə iyulun 29-da Sumqayıt şəhəri 18-ci məhəllənin ərazisində baş verib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qanlı hadisə iyulun 29-da Sumqayıt şəhəri 18-ci məhəllənin ərazisində baş verib.

H.Z.Tağıyev qəsəbə sakini Azər Tayıbov münaqişə zəminində Abşeron rayonu Ceyranbatan qəsəbəsinin ərazisində yeni tikilmiş evlərdən birində yaşayan İbadət Həsənovu bıçaqla qətlə yetirib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Tayıbov tutulub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır