Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu haqda İslamazeri.az internet qəzetinə Yevlaxın imam camaatı Hacı Ramin Quliyev məlumat verib.
Xəbər verildiyi kimi, bir müddət əvvəl "Yeni Dövr" qəzeti Yevlax məscidinin axundu Hacı Namiq Əliyevə qarşı "qara piar" kampaniyasına başlamışdı.
Belə ki, qəzetdə çıxan yeni yazıda bildirilir ki, guya camaat Yevlax məscidinin axundu Hacı Namiq Əliyevə qarşı çox hiddətlidirlər və onu daşqalaq etmək istəyirlər. Axund isə qaçıb gizlənib. Onun İrana qaçdığı güman edilir.
Bu xəbər qəzet nəşr olunan gün öz təsdiqini tapmamışdı.
Lakin bir neçə gün əvvəl qəzetdə bu xəbərlə bağlı təkzib nəşr olunub.
Qəzet yazıb ki, Yevlax məscidinin axundu Hacı Namiq Əliyevə qarşı yazılanlar araşdırılıb və həqiqətə uyğun olmadığı üçün redaksiya tərəfindən təkzib nəşr edilib.
Qeyd edək ki, bu qəzet 2009-cu ildə "reket qəzet" siyahısına düşübmüş.
Ramin
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır