20 iyul 2011 - 19:30

Ayətullah Bəşir Nəcəfi Fransanı hicab qadağasına yenidən baxmağa çağırıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Nəcəfin böyük alimlərindən olan Ayətullah Bəşir Nəcəfi iyul ayının 19-da Fransa hökümətinə müraciət edərək, ölkədə hicab qadağasına yenidən baxılmasına çağırıb.

Deyerler.Org iqna-ya əsasən yazır: Bu gün Ayətullah Nəcəfinin Fransanın İrakdakı səlahiyyətli səfiri Denis Querlə görüşdüyü bildirilir. Səfirlə görüşü ərzində Ayətullah Nəcəfi Fransada hicab qadağasının ləğv edilməsinə yenidən baxılmasına çağırıb. Görüşdə eyni zamanda İraq höküməti ilə Fransa arasında iqtisadi məsələlər də müzakirə edilib, xarici ölkələrin səfirləri ilə Nəcəf alimləri arasında münasibətlərə də toxunulub. Bir saatdan artıq davam edən görüşdə Ayətullah Nəcəfi Fransanın hicab qadağasını ləğv etməyə dəvət edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır