13 iyul 2011 - 19:30

Diplomatın sözlərinə görə, Gürcüstan vətəndaşları üçün ABŞ-a verilən vizalarda Gürcüstanın hazırkı kodu GRZ (Gruzia) dəyişdirilərək GEO (Georgia) kimi göstəriləcək.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ Gürcüstanın xahişini təmin edərək bu ölkəni Corciya adlandırmağa razılaşıb. Məlumatına görə, bunu iyulun 14-də jurnalistlərə Gürcüstanın ABŞ-dakı səfiri Temur Yakobaşvili deyib.

Diplomatın sözlərinə görə, Gürcüstan vətəndaşları üçün ABŞ-a verilən vizalarda Gürcüstanın hazırkı kodu GRZ (Gruzia) dəyişdirilərək GEO (Georgia) kimi göstəriləcək.

Ötən ay rəsmi Tbilisi bəzi dövlətlərə müraciət edərək onları Gürcüstanın rəsmi adı kimi Corciya variantından (ingiliscə - Georgia) istifadə etməyə çağırıb. ABŞ-dan əvvəl Cənubi Koreya buna razılıq verib. Yaponiya və Latviya təklifi qəbul etməyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır