13 iyul 2011 - 19:30

Həkimlər ona gicgah sümüyünün sınması diaqnozu qoymuşdu.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Jeleznoqorskun «Atom» futbol klubunun qapıçısı Andrey Paşşenko dünyasını dəyişib.

Rusiya KİV-nin verdiyi məlumata görə, o, matçlardan birində başından güclü zədə alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin 1 həftəlik səylərinə baxmayaraq, qolkiperin həyatını xilas etmək mümkün olmayıb. O, komadan ayılmayıb.

Mərhum qapıçı iyulun 6-da keçirilən qarşılaşma zamanı rəqib futbolçu ilə toqquşmuşdu. Həkimlər ona gicgah sümüyünün sınması diaqnozu qoymuşdu.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır