13 iyul 2011 - 19:30

Ayat Qırmızi Ali-Xəlifə əlehinə tənqidi şeir oxuduğuna görə 1 il azadlıqdan məhrum edilmişdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bəhreynli 20 yaşlı şairə Ayat Qurmuzi Ali-Xəlifə əlehinə şer oxumasına görə 100 günlük həbs cəzasından sonra azad edilmişdi.

O, həbs edildiyi 100 günlük müddətində müxtəlif işkəncə, töhmət və təhdidlərə məruz qaldıqdan sonra azad edilmişdir.

Qurmuzinin azad edilməsindən xəbər tutan əhali Sədəd kəndində onun evinin ətrafına toplaşıblar. Ətraf küçələr camaatla dolu olub.

Qeyd edək ki, Ayat Qırmızinin Ali-Xəlifə rejimi tərəfindən həbs edilməsi Beynəl Xalq Təşkilatlar tərəfindən pislənilmişdir.

 



 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır