Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviya Diktatoru Müəmmar Qəzzafinin vəziyyəti bir qədər də çətinləşib.
«İTAR-TASS»ın verdiyi məlumata görə, onun rejimi ordunu yanacaqla, hərbçiləri isə pulla təmin etməyə çətinlik çəkir. Bəzi kəşfiyyat mənbələri bildirir ki, Qəzzafi rejiminin benzin və pul ehtiyatı tükənməkdədir. Bu, onları qiyamçılarla mübarizədə çətin durumda qoyub.
Bəziləri də son 2 sutkada müxalifət tərəfdarlarının bir neçə şəhəri tam nəzarətə almasını məhz bunun nəticəsi sayır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır