Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yunanıstanda dünəndən başlanmış ümumxalq tətili iğtişaşlarla əvəzlənib.
BBC-nin verdiyi məlumata görə, hökumətin iqtisadi siyasətinə etiraz edən kütlə polislə toqquşmaya gedib. Ən ciddi toqquşma Afinada, ölkə parlamentinin binası yaxınlığında baş verib. Nümayişçilər polisi daş-qalaq edib, maşınlara od vurub, mağazaların şüşələrini sındırıb. İnsident zamanı 50-dək insan yaralanıb. Onların 37-si polisdir. 14 iğtişaşçı həbs olunub.
Rusiya KİV-in verdiyi məlumata görə, Afina küçələrində nümayişçilərlə polis arasında davam edən toqquşmaların fonunda ölkənin düz 65 şəhərində tətildir.
Bu şəhərlərdə nə xəstəxanalar, nə aeroprtlar, nə qatarlar, nə bərələr işləyir. Bir sözlə, Afinada ehtiraslar coşub, digər şəhərlərdə isə həyat "donub"…






























Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

