28 iyul 2011 - 19:30

Belə fikirdə olan şəxslər qərarlarını geniş açıqlamaq məcburiyyətində deyil.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qahirədəki "Əl Əzhar" Universitetinin İslam hüququ professoru Səad əd Din Hilali İslamı qəbul etmək fikrində olanlar üçün yeni qaydanı açıqlayıb. Onun sözlərinə görə, dövlət qanunvericiliyinə görə 18 yaşı tamam olmamış, yəni yetkinlik yaşına çatmamış şəxslər İslamı qəbul etmək istəsələr, bu darədə hər kəsə açıqlama vermək məcburiyyətində deyillər.

"Onlar qərarlarına yetkinlik yaşlarına çatandan sonra açıqlaya bilərlər. Alimlər oğlan və qızlarda yetkinlik yaşının çatması vaxtı ilə bağlı mübahisələr edirlər. Alimlərin bəziləri deyirlər ki, oğlanlarla qızlar 15 yaşında yetkin sayılırlar. Lakin qanun bu yaşı 18 saydığından, bizim son qərarımız da belə oldu", - Hilali deyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır