23 iyul 2011 - 19:30

Əfqan qüvvələri gələn ay Əfqanıstanın yeddi rayonunda təhlükəsizliyə nəzarəti ələ almağa başlamalıdırlar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Əfqanıstan hökuməti ölkədə təhlükəsizliyə nəzarət edə biləcəyinə əmindir.

Əfqan hökumətinin nümayəndələri ABŞ qoşunları bölgədən çıxmağa başladıqdan sonra ölkədə təhlükəsizliyə nəzarəti öz əllərinə almaq iqtidarında olduqlarını bildiriblər.

 voanews.com saytının verdiyi xəbərə görə, Kabulda əfqan prezidenti Həmid Karzai ölkəsinin özünü müdafiə etməyə hazır olduğunu bildirib. Əfqan qüvvələri gələn ay Əfqanıstanın yeddi rayonunda təhlükəsizliyə nəzarəti ələ almağa başlamalıdırlar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır