Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yaponiyanın şimal-şərqində 2 güclü zəlzələ qeydə alınıb.
Ən güclü təkanlar Aomori, İvate, Miyagi və «Fukusima-1» AES-in yerləşdiyi Fukusima prefekturalarında hiss edilib.
Yeraltı təkanların episentri Xatinoxe şəhərindən 88 km cənub-şərqdə 32 km dərinlikdə olub.
BBC-nin verdiyi məlumata görə, onlardan birinin gücü 6,8, digərininki 6,7 bal olub. Dağıntı və tələfat haqda məlumat verilmir.
Zəlzələ sunamiyə səbəb olmayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır