1823-cü ildə çar Rusiyasında Qafqaz (Zaqafqaziya) şiələrini islam dünyasından ələlxüsus Nəcəf və Qum müctehidlərindən və elmi hövzələrdən ayrı salıb öz çirkin niyyətlərinə, eləcə də müsəlman kütləsini uzun müddətli planlar əsasında dinsizləşdirməyə nail olmaqdan ötrü bir sıra işlər gördülər. O cümlədən Qafqaz şiələrini çar rusiyasına tabe etməkdən ötrü Tiflis şəhərində “şeyxülislam” vəzifəsi təsis edilib. Bundan 9 il sonra - 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də yaradılıb.
Şeyxülislamın rəhbərlik etdiyi idarənin nəzdində şiə, müftinin rəhbərlik etdiyi idarənin nəzdində isə sünni ruhani idarələri 1872-ci il 5 aprel tarixli çar fərmanı ilə təsis edilib və 1917-ci ilin fevralına qədər fəaliyyət göstərdi. Bu müddət ərzində xalq arasında daim qondarma “şeyxulislamları”, “müftüləri” kütlə arasında təbliğ eərək insanları həqiqi dini öyrənməkdən yayındıraraq onları xristian çarının təyin etdiyi müfti və şeyxulislamlarına tabe olamağa cəhtlər göstərirdilər. Beləliklə İranda Şeyx İsa Lənkərani ləqəbini üzərinə götürmüş çar rusiyası kəşfiyatçısı Kral Dalqorski tərəfindən azərbaycanlılar arasında yaratdığı azğın BƏHAİ sektasının tərvici də məhz belə qrumların bir başa və ya bilavasitə köməkliyi ilə həyata keçirdi
Şeyxülislamı və müftini çarın Qafqaz canişini təyin edirdi. Ruhani idarələr dövlət idarəsinin bir qolu sayılırdı, ruhanilər isə çar məmurlarına bərabər tutulurdu. Çarizm Qafqaz şiə və sünni ruhanilərinin idarə olunması haqqında xüsusi nizamnamə də elan etmişdi. Həmin nizamnaməyə görə, idarələrə şiəlikdə şeyxülislamlar, qazilər və axundlar, sünnilikdə isə müftilər, imam-xətiblər, əfəndilər, habelə hər iki cərəyana daxil olan sıravi mollalar, müəzzinlər, seyidlər, mürşidlər və başqaları daxil idi.
1920-ci ilə qədər Qafqazda, o cümlədən Azərbaycanda müsəlman ruhaniləri iki dərəcəyə bölünürdü: şeyxülislam, müfti, şiə və sünni ruhani idarələrinin, quberniya ruhani məclislərinin üzvləri; məscid mollaları. Ruhanilər dini ideologiya, ehkam və əməli həyat məsələlərini həll etmək və onlara dini, ictimai qiymət vermək səlahiyyəti baxımından üç zümrəyə aid edilirdi. Ali zümrəyə Qafqaz ruhani idarələrinin başçıları - şeyxülislam və müftilər; orta zümrəyə quberniya ruhani məscidlərinin üzvləri və qazilər; aşağı zümrəyə isə yerli məscid mollaları (axundlar, imam-xətiblər, müəzzinlər, mükəbbirlər), əməleyi-movtlar (yas mərasimini aparanlar) və s. daxil idi.
1823-cü ildən bu günə kimi 12 şeyxülislam və 11 müfti olub:
Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə - 1823-1846-ci illər; Müfti Tacuddin Mustafin - 1832-1840
Şeyxülislam Fazil İrəvani - 1847-1872; Müfti Osman Əfəndi Vəlizadə - 1842-1847
Şeyxülislam Axund Əhməd Hüseynzadə - 1852-1884; Müfti Məhəmməd Əfəndi Müftizadə - 1847-1880
Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə - 1885-1894; Müfti Əbdülhəmid Əfəndizadə - 1872-1880 (Şamaxı müftisi)
Şeyxülislam Əbdüssəlam Axundzadə - 1895-1907; Müfti Hüseyn Qayıbzadə - 1883-1917
Şeyxülislam Hacı Məhəmməd Həsən Mövləzadə Şəkavi - 1907-1909; Müti Hacı İbrahim Əfəndi Əfəndizadə - 1944-1955
Şeyxülislam Axund Məhəmməd Fərəculla Pişnamazzadə - 1909-1918; Müfti Əsədulla Dibirov - 1956-1959
Şeyxülislam Axund Ağa Əlizadə - 1918-1920; 1944-1954; Müfti Şərif Əfəndi Vəlizadə - 1960-1966
Şeyxülislam Axund Şeyxmöhsün Həkimzadə - 1954-1966; Müfti Əhməd Əfəndi Bozgəziyev - 1968-1969
Şeyxülislam Axund Əliağa Süleymanzadə - 1968-1976; Müfti Hacı İsmayıl Əhmədov - 1969-1986
Şeyxülislam Axund Mirqəzənfər İbrahimov - 1978-1980
Nəhayət SSR-nin tərkib hissəsi olan Azərbaycan Respublikasında Əliyevlər sülaləsinin banisi Heydər Əliyev 1980-ci ildə Allahşükür Paşazadəni Şeyxülislam postuna qərar verdi. 1989-cu ildə isə Salman Musayev Müfti postunda yer aldı
“Şeyxülislam” ərəb sözüdür. Mənası islam aləmində qocalan nüfuzlu alim, mürşid, islamın şeyxi deməkdir. Şeyxülislam şərəfli rütbədir. Bu ad əsasən fəqihlərə (müsəlman hüququnu bilən şəxslərə), fiqhin bilicilərinə verilir.
“Fiqh” də ərəb sözüdür, mənası “başa düşmək”, “bilmək” deməkdir. “Füqəha” isə müsəlman hüququnu bilənlərə - fiqhin bilicilərinə deyilir. Fiqh məsələlərinin həlli ilə məşğul olan, fiqhdən dərs deyən və ya sadəcə bu sahədə müvafiq təhsil alan və fiqh baxımından cəmiyyətin müxtəlif məsələləri barəsində mühakimələr yürüdən adama fəqih deyilir. Fəqihin dini təlimə rəhbərlik emək hüququ olduğu üçün bu sahədə rəhbər vəzifəni aparan şəxsə şeyxülislam rütbəsi verilir.
Əvvəllər şeyxülislam rütbəsi əsasən dövlət başçılarının məsləhəti, zəmanəti ilə din rəhbərlərinə verilərdi. Son illərdə isə şeyxülislam həmin rütbəyə dini qurultaylarda səsvermə yolu ilə seçilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır