Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda pnevmatik tapança əldə etmək üçün hər hansı lisenziyaya ehtiyac yoxdur.
Azərbaycanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib: «İstənilən şəxs bu silahı mağazadan əldə edə bilər. Amma o, təyinatı üzrə istifadə olunmalıdır. Pnevmatik tapança idman atışı və ov üçün nəzərdə tutulub. İctimai yerlərdə bu silahı üzərində gəzdirmək, ondan insanlara qarşı istifadə olunması qəti qadağandır. Əks təqdirdə, silahın sahibi Cinayət Məcəlləsinin müvafiq maddəsilə məsuliyyətə cəlb olunmalıdır», - deyə o, qeyd edib.
E.Zahidovun sözlərinə görə, adətən, bu silahı satan mağaza onun yeni sahibi haqda hüquq-mühafizə orqanlarını məlumatlandırır. Satış isə yalnız alıcının şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır