Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Lənkəran şəhərində ağır qətl hadisəsi baş verib.
Rayon Prokurorluğundan verilən məlumata görə, iyunun 21-də şəhər ərazisində dost öz dostunu öldürüb.
Qanlı hadisə saat 22:00 radələrində 20 Yanvar küçəsində baş verib. Lənkəran sakini 34 yaşlı Ağaəli Balayev münaqişə zəminində həmyaşıdı Anar Əliyevi qətlə yetirib. O, Anarı üzərində gəzdirdiyi bıçaqla kürək nahiyəsindən vurub.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Qətl borc pul üstündə törədilib. Qətlə yetirilən Anar Əliyevin Ağaəliyə 3 manat borcu olub. Həmin pul üstündə mübahisələri düşüb və nəticədə qətl baş verib.
Mərhum Anar Əliyevin 2 azyaşlı uşağı atasız qaldı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır