Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Balakən rayonunda toy mərasimində silahlı insident baş verib. Bu barədə Balakən Rayon Polis Şöbəsindən bildirilib.
Hadisə iyunun 20-də, Katex kəndində yerləşən “Nihad” şadlıq sarayında qeydə alınıb. Şadlıq evində keçirilən toy mərasiminə qatılan qohumlar, 1972-ci il təvəllüdlü Çingiz Balayevlə 1990-cı il təvəllüdlü Sahib Surxayev arasında dava düşüb. Şəxsi münaqişə zəminində baş verən dava nəticəsində onlar bir-birlərinə xəsarət yetiriblər. Daha sonra Ç. Balayev evə gedərək qanunsuz əldə etdiyi 12 mm çaplı ov tüfə