20 iyul 2011 - 19:30

Anri Sabi qondarma “erməni soyqırımı” iddialarının Avropadakı fəal dəstəkçisi olub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı Erməni iddialarının Avropadakı ən fəal dəstəkçilərindən biri olan Anri Sabi Tuluzada dünyasını dəyişib. Bu barədə məlumatı “Nouvelles d`Arménie” yayıb.

Anri Sabi Avropa Parlamentinin deputatı olduğu müddətdə (1981-1994) qurumun 19 ryun 1987-ci ildə qondarma “erməni soyqırımı” ilə bağıl qətnaməsinin müəlliflərindənq olub. O, Arvopa Parlamentində müsəlman torpağı olan Dağlıq Qarabağın işğalına qanuni don geyindirmək üçün dəridən-qabıqdan çıxması ilə də tanınırdı.

Bu ilin aprelində Anri Sabi Ermənistan prezidenti tərəfindən Mxitar Qoşa medalı ilə təltif edilib. Medalı aprelin 14-də ona Ermənistanın Fransadakı səfiri təqdim edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır