18 iyul 2011 - 19:30

Üsyançılar onu sınaqdan keçirirlər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviya müxalifətinin mərkəzlərindən olan Misurata şəhərindəki mühəndislər uzaqdan idarə edilən döyüş robotunu hazırlayaraq sınaqdan keçiriblər.

"Əl Cəzirə" kanalı bildirib ki, Robotun şassisi idarə edilən oyuncaq cipin əsasındadır və ona kiçik pulemyot bərkidilib. Robotda kiçik videokamera da var və o, həmin rəqəmsal kameradan alınan görüntülər əsasında uzaqdan xüsusi pultla idarə olunur.

Döyüşdə sınanmamış robotu üsyançılar təkmilləşdirməyə davam edirlər.

Liviyadakı vətəndaş müharibəsinə qədər Misurata ölkənin ən yaxşı texnoloji institutlarından birinə malikdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır