17 iyul 2011 - 19:30

Müxalifətin Benqazidə qurduğu hökumətdən baş nazirin dediklərini təkzib ediblər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviyanın baş naziri Bağdadi əl-Mahmudi rəsmi Tripolinin Benqazidə qurulmuş müvəqqəti hökumətlə təmas qurduğunu açıqlayıb.

Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, o, danışıqların detallarını açıqlamayıb.

Maraqlıdır ki, müxalifətin Benqazidə qurduğu hökumətdən baş nazirin dediklərini təkzib ediblər. Onlar hakimiyyətlə heç bir danışıq aparmadıqlarını açıqlayıblar.

Əl-Mahmudi isə deyib ki, «hakimiyyət bütün tərəflərlə dialoqa hazırdır». İndiyədək Misir, Fransa, Norveç və Tunisdə Müəmmar Qəzzafi rejiminin nümayəndələrilə müxalifətçilər arasında görüşlər keçirildiyini söyləyən baş nazir qarşı tərəfdən danışıqlarda iştirak etmiş şəxslərin adlarını çəkə biləcəyini də vurğulayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır