Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Torpaqları sionist rejimi tərəfindən işğal edilmiş Fələstinin HƏMAS hərəkatı keçid dövrü Fələstin hökumətinin baş naziri vəzifəsinə Salam Fəyyadın namizədliyini qəbul etməyib.
Məlumata görə, “FƏTH” hərəkatının rəhbərliyi tərəfindən namizədliyi irəli sürülən Salam Fəyyadın dəstəklənməməsini “HƏMAS” nümayəndəsi Sami Əbu Zuhri belə şərh edib: "Salam Fəyyadın hökumət başçısı vəzifəsinə namizədliyi FƏTH mərkəzi komitəsi tərəfindən qəbul edilib. Amma bu, yalnız bir tərəfdə deyil, hər iki tərəfdə qəbul edilməlidir".
Hazırda Salam Fəyyad Fələstin Muxtariyyətinin baş naziri vəzifəsini icra edir.
Qeyd edək ki, HƏMAS hərəkatı Qəzza zolağına, FƏTH isə İordan çayının Qərb sahilinə nəzarət edir. İki Fələstin qruplaşmasının nümayəndələri iyunun 14-də Misirin paytaxtı Qahirədə görüşəcəklər. Görüşdə tərəflər Fələstin keçid dövrü hökumətinin tərkibini müəyyənləşdirməyə çalışacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır