Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviya lideri Müəmmər Qəzzafi ABŞ administrasiyasına müraciət edərək atəşkəsə və müxalifətçilərlə ABŞ-ın patronajı altında danışıqlara hazır olduğunu bildirib.
Qəzzafinin müraciəti ABŞ media orqanlarında yayılıb. Müraciət Nümayəndələr palatasının spikeri Con Boynerə, həmçinin Ağ Evə ünvanlanıb.
Qəzzafi «ABŞ-ın rəhbərliyi altında ölkə daxilindəki müvafiq tərəflərlə danışıqlara hazır olduğunu» bildirib. «Mən sizə - böyük demokratiyaya müraciət edirəm ki, xalqımızın gələcəyini müəyyən etməkdə bizə kömək edəsiniz», - deyə Qəzzafi yazır. Onun sözlərinə görə, Tripoli nəinki atəşkəsə, həmçinin razılaşmaların yerinə yetirilməsinə nəzarət edəcək müşahidəçiləri qəbul etməyə də hazırdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır