Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Məlumata görə, keçmiş Misir diktatoru Hüsnü naMübarəkin səhhəti kəskin pisləşib. Yerli KİV-in məlumatına görə, xərçəng şişişin geniş metastazı (xəstəlik törədicilərinin qan və ya limfalar vasitəsilə bədənin başqa yerlərinə yayılması) nəticəsində Hüsnü Mübarəkin bütün fiziki göstəriciləri pisləşib. Həkimlər keçmiş prezidentin həyatı ilə bağlı ciddi təhlükənin olduğunu bildirirlər.
Təxminən bir il əvvəl Hüsnüna naMübarək Almaniya klinikasında müalicə olunub. Hazırda keçmiş Misir diktatoru dərmanların qəbulundan imtina edir.
Hüsnü naMübarək ürək tutması keçirdikdən sonra Şarm-eş-Şeyx şəhərində xəstəxanaya yerləşdirilib. O vaxtdan dəfələrlə KİV-də keçmiş diktatorun bədənində bəd xassəli şişin böyüməsi barədə məlumatlar yayılıb.
Həkimlər bildiriblər ki, sabiq diktator Qahirə həbsxanasına köçürülə bilməz.
Qeyd edək ki, 32 il öncə İranda İmam Xomeyni islamı hərəkatından sonra ölkədən xaricə qaçan Rıza Şah Pəhləvi də xərçəng xəstəliyi ilə misirdə gəbərdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır