9 iyun 2011 - 19:30

Müdafiə Nazirliyinin hərbi hissəsində insident baş verib, 3 əsgər yaralanıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib ki, dünən axşam Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə silah və sursatla ehtiyatsız davranma nəticəsində əsgərlər Rəşad Məmmədov, Babək Şahlarzadə və Alxan Ağakərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

O, bildirib ki, faktla bağlhı Cinayət Məcəlləsinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332-ci) maddəsi ilə cinayət işi başlanıb.

Abdullayev bildirib ki, hazırda onların vəziyyəti kafidir.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma gedir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır