8 iyun 2011 - 19:30

Bakının Nəsimi rayonu ərazisində silahlı insident baş verib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Nəsimi rayonunda törədilən qətl hadisəsinin ilkin moviti müəyyənləşib. Rayon Prokurorluğundan verilən məlumata görə, deputatlığa keçmiş namizəd Nadir Orucov ilkin dindirmə zamanı qətli mərhum Rövşən Rüstəmovla aralarında yaranmış mübahisə zamanı törədiyini etiraf edib. Qətlin borc üstündə baş verməsi təsdiq olunmasa da, hər iki şəxsin bizneslə məşğul olması dəqiqləşib.

N.Orucovun barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə (228.1-ci) maddələri ilə cinayət işi başlanıb.

Ötən il 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizəd olmuş N.Orucov, bizneslə məşğul olurmuş. Onun qətl törətdiyi ofisin yaxınlğında avtoyuma məntəqəsi, kafesi və marketi var.

Qətlin hansı səbəbdən törədilməsi hələlik açıqlanmır.

Hadisə Seyidzadə 3 ünvanındakı ofisdə törədilib. O, R.Rüstəmova Makarov tipli tapançadan 2 güllə vurub.

 

Nadir Orucov

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır