Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikası Qızıl Aypara Cəmiyyəti (IRCS) Rəfah keçid məntəqəsindən Qəzzaya humanitar yardım göndərməyə hazırlaşır.
İran İslam RespublikasıMilli Komitəsinin rəhbəri İRCS-nin direktoru Əbdülhəsən Fəqih İsrailin Qəzzanı blokadada saxlamasını sərt tənqid edərək, sionist rejimi beynəlxalq humanitar hüquqlarının kobud şəkildə pozması ilə ittiham edib. Əbdülhəsən Fəqih bununla bağlı bir bəyanatda yazaraq İsrailin bu cür addımlarını insanlıq əleyhinə atılan addım kimi dəyərləndirib.
O, Misirin Rəfah sərhədini yenidən açması ilə məmnun olduğunu və İran İslam Respublikası Qızıl Aypara Cəmiyyətinin Rəfah sərhəd məntəqəsindən Qəzzaya humanitar yardım aparmağa hazırlaşdığını bildirib.
Fəqih, Qəzzanın blokadasının 1949 Cenevrə Konvensiyasına zidd olduğunu da çıxışında qeyd edib.
İRSC-nin dirktoru həmçinin Qəzzanın ən lazımlı şeylərdən məhrum edildiyini bildirib: "İsrail Qəzzanı blokadaya salmaqla su, tibb, elektrik enerjisi və yanacaqdan məhrum edib".
Fəqih, Misirin hazırki müvəqqəti hakimiyyətinin Rəfah sərhəd qapısını açmaqla düzgün iş gördüyünü, lakin sərhəddə bir sıra məhdudiyyət qoymağının bu gün Qəzzaya ziyan olduğunu deyib.
Xatırladaq ki, 2007-ci ildə Həmasın seçkilərə qalib gəlməsindən sonra İsrail Qəzzanı blokadaya salmış, Misir Rəfah sərhəd qapısını bağlamışdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır