2 iyun 2011 - 19:30

Ekspertizalar tutulanlardan bəzilərinin evində mayın 17-də aparılmış axtarış zamanı götürülən dini kitabların, disklərin linqvistik təhlildən keçməsiylə bağlıdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 6-da Bakıda keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs olunanların istintaqı davam edir. Həbs olunanlardan Tərlan İsmayılovun vəkili Dilqəm Ağayevin və Rəşad Vəliquliyevin müdafiəçisi Zaman Səmədovun verdikləri məlumata görə, yeni ekspertizalar təyin edilib.

Ekspertizalar tutulanlardan bəzilərinin evində mayın 17-də aparılmış axtarış zamanı götürülən dini kitabların, disklərin linqvistik təhlildən keçməsiylə bağlıdır.

Hər iki vəkil hüquqlarını müdafiə etdikləri şəxslərlə mütəmadi görüşdüklərini və onların saxlanma şəraitindən şikayətçi olmadıqlarını bildiriblər.