Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Şəmkir rayonunda sərxoşluq qonşuları bir-birinə düşmən etdi. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Şəmkir sakini 26 yaşlı Rüfət Rəhimov münaqişə zəminində 36 yaşlı qonşusu Vüqar Əliyevə bıçaqla xəsarət yetirib.
Qanlı hadisənin əsası qonşuların birgə yeyib-içmək fikrinə düşməsindən sonra qoyulub. Belə ki, R.Rəhimov qonşusu Vüqar Əliyevlə birgə yeyib-içmək qərarına gəlib. Onlar istəklərinə çatsalar da, sərxoşluq sonda onları biri-birinə