30 may 2011 - 19:30

Azərbaycanını xalq yazıçısı Süleyman Rəhimov: “Qambay, sadəcə, ağlını itirib. Sən kimə qarşı çıxırsan, Qambay? Əgər Allaha inansaq, belə demək olar, qarşımızda Əliyev simasında Allah dayanıb. Bu cəsarətli oğulu Allah özü bizə göndərib (sürətli alqışlar)”.

Azərbaycanını xalq yazıçısı Süleyman Rəhimov: “Qambay, sadəcə, ağlını itirib. Sən kimə qarşı çıxırsan, Qambay? Əgər Allaha inansaq, belə demək olar, qarşımızda Əliyev simasında Allah dayanıb. Bu cəsarətli oğulu Allah özü bizə göndərib (sürətli alqışlar)”.

***

Əliyev KQB-nin müavini, daha sonra sədri olanda Azərbaycan KP MK-nın birinci katibi, büro üzvləri, digər rəhbərlər və bir qədər üzdə olan adamlar haqqında məxfi məlumatlar yığmışdı. Xüsusilə hüquq mühafizə orqanları haqqında məlumatları bir neçə dəfə Vəli Axundovla bölüşmüşdü, amma bir nəticə olmadığından faktları özündə saxlamışdı. İndi həmin faktlardan istifadənin zamanı gəlmişdi. Əliyevin prokurorluğun istintaq şöbəsinin rəisi İbrahim (Saşa) Babayevin “bəzi əməllərindən” xəbəri vardı. Onu prokurora qarşı qaldırmaq, ondan ifadə alaraq eyni zamanda yola gəlməyən prokurorun da məsələsini həll etmək olardı. KQB-Saşanı izləməyə, nəzarətə götürməyə başladı. Telefonlarına qulaq asdılar, görüşlərini lentə aldılar. Ortaya onun və İzik Quliyevin “gizli sex sahibləri ilə əlaqələri məsələsi atıldı. Guya Saşa Babayev və İzik Quliyev sexlərə pul qoymaqla böyük pul qazanır, həm də onları “qoruyurdular”.

***

Müharibə qurtarandan sonra Stalinqrad döyüşlərinin qəhrəmanlarından biri, sinəsi orden-medalla dolu zabit, səyyar minatan batalyonun komandiri Qambay Məmmədov Azərbaycana qayıtdı. Onu KQB-yə işə götürdülər, bir müddət sonra istintaq idarəsinə rəis keçirdilər. O vaxt heç kimin tanımadığı Heydər Əliyev də KQB- də işləyirdi.

***

1979-cu ildə Azərbaycanın baş prokuroru Qambay Məmmədov- o əfsanəvi bir insandı. Stalinqrad döyüşlərinin iştirakçısı, atüstü minatan rotanı da o fikirləşmişdi, - Azərbaycan SSR Ali Sovetinini sessiyasında kürsüyə çıxdı və Əliyevi “cinayətkar” adlandırdı. Əsasən pambıq “pripiskasından” danışdı.

***

Azərbaycanın keçmiş prokuroru Heydər Əliyev haqqında iki cinayət işi açmışdı, amma axıra çatdıra bilməmişdi...

“Azadlıq”ı izləyin...

Surxay Hüseynlinin arxiv araşdırmaları davam edir...

Bu yazılarda Azərbaycanın yaxın tarixinin dəhşətləri ilə tanış olacaq, bir çoxları isə şahidi olduqları dəhşətləri oxuyacaqlar!!!