Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Şəki şəhərində qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Qayabaşı kənd sakini olan 35 yaşlı Eldəniz Mustafayev tüfənglə qətlə yetirilib.
Ağır güllə yarası alan yaralı xəstəxanada keçinib.
Mərhumun azyaşlı uşaq atası olması bidirilir. Onu öldürən şəxs müəyyən edilib. Qatil Qayabaşı kənd sakini Zaur Bağırovdur.
Hadisənin hansı səbəbdən baş verməsi barədə də məlumat yoxdur.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır