Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qəzzafi bunun üçün özünün və ailəsinin toxunulmazlığına zəmanət istəyir.
«Qəzzafinin oğlu Seyf əl-İslam Liviya böhranının aradan qıldırılması yollarının axtarışı ilə məşğul olan hökumət qrupuna rəhbərlik edir. O, atasınan hakimiyyətdən gedişi və onların təhlükəsizliyinə zəmanət verilməsi məsələsini müzakirə edir», - deyə «Əş-Şark əl-Ausat» qəzeti yazır: «Qəzzafi gələcəkdə təqib olunmayacağına, məsuliyyətə cəlb edilməyəcəyinə zəmanət almaq istəyir».
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır