29 may 2011 - 19:30

Xəsarət almış sürücü və sərnişinlər xəstəxanaya yerləşdiriliblər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə mayın 29-da saat 18:20 radələrində qeydə alınıb. Qəza zamnı Bakı şəhər sakini Qismət Əzizovun idarə etdiyi "VAZ-2106" markalı və Salyan rayon sakini Nurəddin İmanovun idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub.

Nəticədə xəsarət almış hər 2 sürücü və sərnişinlər, Bakı şəhər sakinləri Xalidə Quliyeva, Nicat Quliyev, Zahir Məmmədov, Sevinc Hüseynova, İsmayıl Həsənov, Zəbihə Ramazanova, Fatimə İmanova, Naibə İmanova və Gülnar Əbdülkərimova xəstəxanaya yerləşdiriliblər.

Q.Əzizova, N.İmanov, F.İmanova, N.İmanova, X.Quliyeva, N.Quliyev, Z.Məmmədov, Z.Ramazanova və G.Əbdülkərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.Yasamal RPİ tərəfindən araşdırma aparılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır