29 may 2011 - 19:30

Qusar rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rayon Prokurorluğundan verilən məlumata görə, Qusar şəhər sakini olan 27 yaşlı Novruz Rzayev aralarında yaranmış şəxsi münaqişə zəminində yaxın tanışı olan həmyerlisi, 54 yaşlı Sənan Aşurlunu ölümcül vəziyyətdə döyüb. O, S.Aşurlunun başına daşla xeyli sayda zərbələr endirib. Huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilən S.Aşurlu orda dünyasını dəyişib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmiş şəxsin ölümünə səbəb olma (126.3-cü) maddəsi ilə cinayət işi başlanıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır