29 may 2011 - 19:30

Hər üç şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Astara rayonunda maşın 3 nəfəri vurub. Rayon Polis Şöbəsindən verilən məlumata görə, qəza mayın 29-da saat 20:00 radələrində rayonun Siyəku kəndi ərazisində baş verib.

Kənd sakini Elşən Mirzəyev idarə etdiyi "VAZ-21074" markalı avtomobillə həmkəndliləri Mətləb Rzayev, Şükür Ağayev və Ələsgər Hacıyevi vurub. Nəticədə xəsarət alan hər 3 şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Astara rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır