Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: BMT baş katibi Pan Gi Mun "Azadlıq karvanı" 2 dəniz konvoyunun Fələstinə yollanmasının qarşısının alınmasını istəyib. O Aralıq dənzi sahilindəki ölkələrdən xahiş edib ki, həmin dəniz konvoyunun qarşısını kəssinlər. O Qəzzaya göndəriləcək bütün yardımların yalnız nəzərdə tutulmuş keçid məmtəqələrindən Qəzzaya çatdırılmasının vacibliyini vurğulayıb.
Pan Gi Munun bu etirazına baxmayaraq Qəzzaya yola düşəcək konvoyun aktivistləri yardımnların dəniz yolu ilə Qəzza sahillərinə çatdırılmasının tam qanuni olduğunu bildiriblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır