27 may 2011 - 19:30

NATO Liviya lideri Muammar Gaddafinin iqamətgahının yaxınlığını bombalayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: NATO təyyarəsi  bu gün səhər Liviyanın paytaxtı Tripolinin mərkəzini, Liviya lideri Muammar Gaddafinin iqamətgahının yaxınlığını bombalayıb.

NATO-nun adının çəkilməsini istəməyən nümayəndəsi Frans-Press agentliyinə şəhərə 3 bomba atıldığını deyib.

Şahidlərin sözlərinə görə hədəf hərbi kazarma olub.

Böyük 8-lər ölkələrinin liderləri Fransa sammitində Muammar Gaddafini istefa verməyə çağırıblar.

Rusiya prezidenti Dimitri Medvedev deyib ki, Gaddafi artıq liderlik hüququnu itirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır